Maskın qənaət etdiyi vəsait ABŞ-nin borcunu ödəmək üçün istifadə edilə bilər
ABŞ hökuməti İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) tədbirləri nəticəsində qənaət edilmiş vəsaitin bir hissəsini ABŞ-nin dövlət borcunu ödəmək üçün istifadə etmək imkanını nəzərdən keçirir.
APA xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp Mayamidə Səudiyyə Ərəbistanının təşkil etdiyi investisiya forumunda məlumat verib.
"DOGE tərəfindən qənaət edilən vəsaitin 20%-nin ölkə vətəndaşlarına veriləcəyi, digər 20%-nin isə borcların ödənilməsinə yönəldiləcəyi yeni planı nəzərdən keçiririk", - Tramp bildirib.
2024-cü ilin noyabrında ilk dəfə olaraq 36 trilyon dolları keçən ABŞ-nin dövlət borcundan danışan Tramp bu borcu zəkaları və zəhmətləri ilə azaldacaqlarına söz verib.
Oxşar xəbərlər
Tramp hökuməti artıq hər gün 1 milyard dollara qənaət edir
Tramp ABŞ-ın milli borcundan xilas olmaq üçün yol tapdığını deyib
Tramp ölkənin dövlət borcunu azaldacağına söz verib
ABŞ-də İlon Maskın rəhbərlik etdiyi hökumət strukturu yaradılıb
Mask xərclərə nəzarət etmək üçün ABŞ Ödəniş Sisteminə giriş əldə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









