Tramp ABŞ-ın Venesuelada zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuelada baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib.
APA xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
“İki güclü zəlzələ Venesuela xalqına böyük zərbə vurub, həm də çoxlu insan itkisinə səbəb olub. ABŞ kömək etməyə hazırdır və buna qadirdir. Hökumətimizin bütün qurumlarına tez bir zamanda hərəkətə keçmək üçün hazır olmağı tapşırmışam. Yeni və əla dostlarımız üçün orada olacağıq. Gələn ilkin məlumatlar heç də yaxşı deyil”, - deyə Tramp qeyd edib.
Venesuela sahillərində 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Moron şəhəri yaxınlığında, ocağı isə təxminən 10 kilometr dərinlikdə yerləşib. Azı bir neçə hündürmərtəbəli yaşayış binasının qismən dağıldığı bildirilib.
Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez 32 nəfərin öldüyünü, 700 nəfər xəsarət aldığını açıqlayıb.
Xeyli insanın itkin düşdüyü bildirilir.
Oxşar xəbərlər
Yaponiya və Venesuelada güclü zəlzələ olub, Venesuelada fövqəladə vəziyyət elan edilib
Venesuelada güclü zəlzələ olub, 32 nəfər ölüb - YENİLƏNİB - VİDEO
Tramp: İran razılaşma əldə etmək istəyir
İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib
Kamçatkada 8,7 bal gücündə zəlzələ sunamiyə səbəb olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
