Tramp hökuməti artıq hər gün 1 milyard dollara qənaət edir
ABŞ-də sahibkar İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) artıq ABŞ hökumətinin gündə 1 milyard dollar qənaət etdiyini və bu rəqəmi gündə 3 milyard dollara çatdıracağını iddia edib.
APA xəbər verir ki, bu barədə idarənin “X” hesabındakı açıqlamasında bildirilir.
"DOGE federal hökumətə gündə təxminən 1 milyard dollar qənaət edir. Əsasən lazımsız vəzifələr üçün işə qəbulu dayandırmaq, DEI (müxtəliflik, bərabərlik və inkluzivlik) proqramlarını ləğv etmək və xarici qurumlara əsassız ödənişlərə son qoymaq - hamısı prezidentin sərəncamlarına uyğun olaraq. Bu, əla başlanğıcdır, lakin biz bu rəqəmi gündə 3 milyard dollardan çox artırmalıyıq", - deyə bəyanatda deyilir.
Qeyd edək ki, İlon Mask ABŞ prezidenti Donald Tramp tərəfindən DOGE - Hökumətin Səmərəliliyi Departamenti adlı agentliyin rəhbəri vəzifəsinə təyin edilib.
Oxşar xəbərlər
Tramp Ukraynaya 300 milyard dollara yaxın vəsaitin ayrılmasını tənqid edib
İlon Maskın sərvəti 400 milyard dolları ötüb
Bloomberg: İlon Mask 235 mlrd. dollar sərvətlə dünyanın ən zəngin şəxsidir
İlon Maskın sərvəti 400 milyard dolları keçib
"Bloomberg": Mask 400 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
