Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 290 nəfəri keçib
sizinxeber.az xəbər saytı

Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 290 nəfəri keçib


Konqo Demokratik Respublikasında (KDR) son 24 saat ərzində daha 14 ölüm halı da daxil olmaqla Ebola hemorragik qızdırmasından təsdiqlənmiş ölüm hallarının sayı 291-ə çatıb.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı məlumatlar Konqonun Rabitə və Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə Nazirliyinin gündəlik bülletenində dərc edilib.

Ebola virusuna yoluxanların ümumi sayı əvvəlki günlə müqayisədə 24 hal artaraq 1 118-ə çatıb. Yoluxma hallarının ölüm nisbəti 26 % olaraq qiymətləndirilir.

Hazırda 408 xəstə tibb müəssisələrində və ixtisaslaşmış təcrid mərkəzlərində müalicə alır. 122 nəfər xəstəlikdən tam sağalıb. Təmas izlənməsi nisbəti 77,1 %-dir.

Nazirlik epidemioloji nəzarətin aktiv şəkildə aparıldığını vurğulayıb. Ebola virusuna yoluxmaqda şübhəli bilinən şəxslərlə bağlı 699 xəbərdarlıq alınıb. Bunlardan 99,4 %-i testdən keçirilib və nəticədə 138 şübhəli hal aşkarlanıb.

Hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində başlayıb. Əsas ocaq İturi əyalətində yerləşir. Qonşu Uqandada da Eboladan yoluxma və ölüm halları qeydə alınıb.

Oxşar xəbərlər

Konqoda Ebola virusuna yoluxanların sayı 950-ni keçib
Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır
Konqoda Ebola virusundan ölənlərin sayı 250-ni ötüb
Konqoda Ebola virusundan ölənlərin sayı 86-ya çatıb
Uqandada Ebola virusuna yoluxanların sayı beşə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər