Maduro Dominikan Respublikasının prezidentini oğru adlandırıb
sizinxeber.az xəbər saytı

Maduro Dominikan Respublikasının prezidentini oğru adlandırıb


Venesuela Prezidenti Nikolas Maduro Dominikan Respublikasının rəhbəri Luis Abinaderi Venesuela təyyarələrini oğurlamaqda ittiham edərək onu “oğru və quldur” adlandırıb.

Sizinxeber.az xəbər verir ki, dövlət başçısı bunu hökümət iclasında deyib.

“Bugünkü debatları çox diqqətlə izləyirəm. Mən ora getməyə hazır idim. Təyyarəm Dominikan Respublikasında qaçırılmasaydı, mən ora uçacaqdım. Dominikan Respublikasının Prezidenti Abinader quldur və oğrudur”, - Maduro qeyd edib.

Sentyabrın 2-də ABŞ Dominikan Respublikasında Maduronun təyyarəsinə həbs qoyaraq hava gəmisini Floridaya aparıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, təyyarə ixrac nəzarəti və ABŞ-nin sanksiyalar qanunlarını pozaraq alınıb.

Oxşar xəbərlər

ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Venesuelanın daha bir təyyarəsi ABŞ-nin sorğusu ilə Dominikan Respublikasında saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maduronun ikinci təyyarəsi Dominikan Respublikasında saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Venesuela höküməti: ABŞ-nin Maduronun təyyarəsinə həbs qoyması quldurluqdur [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər