Venesuela höküməti: ABŞ-nin Maduronun təyyarəsinə həbs qoyması quldurluqdur
Dövlət Başçısı Nikolas Maduronun prezident təyyarəsi Dominikan Respublikasında müsadirə edildikdən sonra Venesuela hökuməti ABŞ hakimiyyətini quldurluqda ittiham edib.
Sizinxeber.az xəbər verir ki, bunu Venesuelanın rabitə, mədəniyyət və turizm naziri Freddi Nanes bildirib.
“Venesuela Bolivar Respublikası beynəlxalq ictimaiyyətə bəyan edir ki, Amerika Birləşmiş Ştatlarının hakimiyyət orqanları növbəti dəfə yalnız quldurluq kimi qiymətləndirilə bilən cinayət əməli törədib”, - nazir qeyd edib.
Xatırladaq ki, ABŞ Dominikan Respublikasında Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyub.
Vaşinqton hesab edir ki, təyyarə Amerika sanksiyalarından yayınaraq alınıb.
Hava gəmisi bazar ertəsi Dominikan Respublikasından Floridaya aparılıb.
Təxminən 13 milyon dollar dəyərində olan təyyarə son bir neçə ay ərzində Dominikan Respublikasında olub.
Əməliyyatda ABŞ Ədliyyə Nazirliyinin, Daxili Təhlükəsizlik Nazirliyinin və ABŞ Ticarət Nazirliyi yanında Sənaye və Təhlükəsizlik Bürosunun əməkdaşları və onların Dominikan Respublikasındakı həmkarları iştirak ediblər.
Oxşar xəbərlər
ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyub
KİV: ABŞ Venesuela Prezidentinin təyyarəsinə həbs qoyub
ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - YENİLƏNİB
ABŞ Ədliyyə Nazirliyi Nikolas Maduroya məxsus təyyarənin müsadirə edildiyini təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
