Maduronun ikinci təyyarəsi Dominikan Respublikasında saxlanılıb
Venesuela prezidenti Nikolas Maduronun ikinci şəxsi təyyarəsi Dominikan Respublikasında saxlanılıb.
APA xəbər verir ki, bu barədə sentyabrın 4-ündə mənbələrə istinadən “Diario Libre” qəzeti məlumat yayıb.
Məlumatada Venesuelaya aia təyyarənin ölkəni tərk etməsinin qadağan edildiyi bildirilir.
“Hazırda təyyarə beynəlxalq hava limanında müşahidə altındadır. Onun məhkəmə qərarı olmadan uçması qadağandır”, - deyə mənbə nəşrə bildirib.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi sentyabrın 2-də Maduroya məxsus “Dassault Falcon 900EX” təyyarəsinin ələ keçirildiyini açıqlayıb.
Ələ keçirilən təyyarə Dominikan Respublikasından Floridaya yönləndirilib. Nazirlik bu qərarın ABŞ sanksiyaları və ixraca nəzarət qanunlarının pozulması ilə bağlı olduğunu izah edib.
Oxşar xəbərlər
Venesuelanın daha bir təyyarəsi ABŞ-nin sorğusu ilə Dominikan Respublikasında saxlanılıb
ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyub
ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - YENİLƏNİB
ABŞ Ədliyyə Nazirliyi Nikolas Maduroya məxsus təyyarənin müsadirə edildiyini təsdiqləyib
Venesuela höküməti: ABŞ-nin Maduronun təyyarəsinə həbs qoyması quldurluqdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













