ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq, İranla ilk görüşdə ciddi irəliləyiş əldə olunub - YENİLƏNİB
Görüş tarixi əhəmiyyət daşıyır və irəliləyiş əldə olunub.
APA xəbər verir ki, ABŞ-ın Vitse-prezidenti Cey Di Vens İran nümayəndə heyəti ilə ilk görüşdən sonra bildirib.
Cey Di Vens deyib ki, ABŞ Prezidenti Donald Tramp yeni bir səhifə açmaq istəyir: “Biz regional qeyri-sabitlik dövründən çıxacağıq. Yeni gələcəkdə hər kəs birlikdə çalışacaq. Hamı üçün sülhü və rifahı təşviq edə biləcəyimiz bir gələcək görürük”.
ABŞ-ın Vitse-prezidenti qeyd edib ki, son bir neçə saat ərzində iki ölkə arasında aparılan danışıqlarda ciddi irəliləyiş qeydə alınıb: “Əsas sual ondan ibarətdir ki, biz Yaxın Şərqdə münasibətləri daimi şəkildə dəyişdirə biləcəyikmi. Donald Tramp regional miqyasda tam atəşkəsin əldə olunmasına qətiyyətlə sadiqdir. Bu cür atəşkəslər hər zaman müəyyən qədər mürəkkəb olur. Texniki danışıqlar bütün fikir ayrılıqlarını aradan qaldırmaya bilər, lakin tarixdə ilk dəfə olaraq tərəflərin komanda şəklində bir araya gəlməsinə imkan yaradır”.
***
saat 17.04
ABŞ Prezidenti Donald Tramp Livanda münaqişəni bitirmək üçün hər kəsdən çox çalışır.
APA xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Cey Di Vens İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlardan danışıqlardan sonra bildirib.
ABŞ-ın Vitse-prezidenti regional sülh üçün çalışdıqlarını vurğulayıb: "İran və Körfəz ölkələri bir-biri ilə yaxşı münasibətlərdə olacaq".
Ceyms Devid Vens tarixdə ilk dəfə ABŞ və İranın hər iki tərəf üçün önəmli məsələləri müzakirə edəcəyini və onların həll etmək üçün çalışacağını söyləyib.
Oxşar xəbərlər
Tramp: Putin və Uitkofun görüşündə böyük irəliləyiş əldə olunub
Vens İranla danışıqlarda irəliləyiş olduğunu açıqlayıb
Vens: ABŞ İranla danışıqlarda müəyyən irəliləyiş görür
Vens: Putin və Zelenskinin görüşü münaqişədəki çıxılmaz vəziyyəti aradan qaldıra bilər
Vens: Tramp İranla münaqişəni sonadək diplomatik yolla həll etməyə çalışacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
