Vens: Putin və Zelenskinin görüşü münaqişədəki çıxılmaz vəziyyəti aradan qaldıra bilər
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşü Ukraynadakı münaqişənin sülh yolu ilə həllində mövcud çıxılmaz vəziyyətin aradan qaldırılmasına kömək edə bilər.
Sizinxeber.az xəbər verir ki, bu fikri ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.
“Hər bir məsələdə razılıq tapmaq mütləq deyil. Bəzən liderlər üzbəüz oturaraq, komandalarının çıxa bilmədiyi çıxılmaz vəziyyəti aşa bilirlər”, – deyə Vens bildirib.
Vitse-prezident güman edir ki, Ukrayna ilə bağlı sülhün əsas detalları, o cümlədən təhlükəsizlik zəmanətləri və ərazi məsələləri, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşündən əvvəl ümumi şəkildə razılaşdırılacaq.
Vensin sözlərinə görə, Ukraynadakı münaqişənin necə nəticələnəcəyini heç kim dəqiq deyə bilməz, lakin o, son aylar danışıqlarda misilsiz irəliləyiş əldə olunduğunu vurğulayıb.
Oxşar xəbərlər
Rusiya Prezidenti: Zelenski Moskva ilə danışıqlara qadağa qoymaqla özünü çıxılmaz vəziyyətə salıb
Vens: ABŞ yaxın 100 gün ərzində Rusiya və Ukrayna arasında birbaşa danışıqların başlanmasına çalışacaq
ABŞ vitse-prezidenti: Putin sülh sazişi ilə razılaşmasa sanksiyalar tətbiq ediləcək
Vens: Uoltsun istefasının "Signal" messenceri qalmaqalı ilə əlaqəsi yoxdur
Tramp Avropa liderləri ilə görüşünün yekunlarına dair açıqlama yayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













