Tramp: Putin və Uitkofun görüşündə böyük irəliləyiş əldə olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
avq
2025
21:50

Tramp: Putin və Uitkofun görüşündə böyük irəliləyiş əldə olunub

06 avq, 2025
21:50
373

Tramp: Putin və Uitkofun görüşündə böyük irəliləyiş əldə olunub

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və özünün xüsusi nümayəndəsi Stiv Uitkof arasında keçirilən görüşü “çox məhsuldar” adlandırıb.

Sizinxeber.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

Onun sözlərinə görə, görüş zamanı böyük irəliləyiş əldə olunub.

“Mənim xüsusi nümayəndəm Stiv Uitkof Rusiya Prezidenti Vladimir Putinlə son dərəcə məhsuldar görüş keçirib. Böyük irəliləyiş əldə olunub. Bundan sonra bəzi Avropa müttəfiqlərimizi məlumatlandırdım. Hamı razıdır ki, bu müharibə sona çatmalıdır. Qarşıdakı günlər və həftələr ərzində bunun üzərində çalışacağıq”, – deyə Tramp qeyd edib.

Bizimlə əlaqə saxlayın