Pakistanın xarici işlər naziri ABŞ-İran danışıqlarının təfərrüatlarını açıqlayıb
sizinxeber.az xəbər saytı

Pakistanın xarici işlər naziri ABŞ-İran danışıqlarının təfərrüatlarını açıqlayıb


ABŞ və İran danışıqlarda Tehranın mövcud uran ehtiyatlarının zənginləşdirmə səviyyəsini azaltmaq üçün razılığa gəliblər.

"Report" xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Səudiyyə Ərəbistanının "Al Arabiya" televiziya kanalına müsahibəsində bildirib.

"Amerika İranın nüvə ehtiyatlarının çıxarılmasını istədi, amma biz zənginləşdirmə səviyyələrini azaltmaq qərarına gəldik", - deyə o bildirib. Nazirin sözlərinə görə, İranın nüvə ehtiyatları hələ də yeraltındadır. O, həmçinin qeyd edib ki, Vaşinqton və Tehran diplomatiyanın həll yolu olduğu qənaətinə gəliblər.

Diplomat əlavə edib ki, İran növbəti 60 gün ərzində Hörmüz boğazından keçən gəmilərə tranzit rüsumları tətbiq etməyəcək: "Boğazdakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmalıdır. Çin də gəmilərin Hörmüz boğazından hər iki istiqamətdə rüsum tətbiq etmədən sərbəst keçidini dəstəkləyir".

İshaq Dar əlavə edib ki, ABŞ-İran danışıqları çərçivəsində yaradılan üç texniki qrup Tehranın nüvə proqramını, Livandakı vəziyyəti və İran aktivlərinin dondurulmasının aradan qaldırılmasını müzakirə edir.

Regional gündəmə toxunan Pakistanın xarici işlər naziri İsrailin Livandakı hərəkətlərini təxribatçı adlandırıb və onları dayandırmağa çağırıb. O, həmçinin Misir, Səudiyyə Ərəbistanı və Türkiyədən olan həmkarları ilə Qəzza zolağındakı münaqişənin həlli məsələsini yenidən canlandırmaq barədə razılığa gəldiyini açıqlayıb.

Oxşar xəbərlər

İran və ABŞ uranın zənginləşdirilməsi səviyyəsini azaltmaq barədə razılığa gəliblər
Tramp Hörmüz boğazından neft tankerlərinin hərəkətinin bərpa olunduğunu açıqlayıb
SEPAH bütün gəmiləri Hörmüz boğazından İranın marşrutu ilə keçməyə çağırıb
İran Hörmüz boğazından ABŞ və İsraillə əlaqəli gəmilərin keçidini tam qadağan edib
İran Yaponiya gəmilərinə güzəşt edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər