İran rəsmiləri ABŞ nümayəndə heyəti ilə birgə foto çəkdirməkdən imtina edib
sizinxeber.az xəbər saytı

İran rəsmiləri ABŞ nümayəndə heyəti ilə birgə foto çəkdirməkdən imtina edib


İsveçrədə danışıqlar aparan İran rəsmiləri ABŞ nümayəndə heyəti ilə birgə şəkil çəkdirməkdən imtina edib.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Amerika nümayəndə heyəti və danışıqların təşkilatçıları görüşün əvvəlində İran rəsmiləri ilə əlsıxma səhnəsi və birgə foto çəkdirməyi planlaşdırıblar. Lakin İran nümayəndə heyəti buna razılıq verməyib.

"Danışıqlar aparan komandaya yaxın olan bu mənbə əlavə edib ki, İran nümayəndə heyətinin bu mərasimdə iştirakdan imtina etməsi ilə əlaqədar canlı yayım və fotosessiya İran nümayəndə heyəti olmadan keçirilib, bundan sonra İran nümayəndə heyəti iclas zalına daxil olub", - məlumatda əlavə olunub.

Oxşar xəbərlər

İran nümayəndə heyəti İsveçrəyə gedib
İran ABŞ rəsmiləri ilə danışıqlara 71 nəfər göndərdi
KİV: İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistana gəlib
Səfir: İran heyəti ABŞ ilə danışıqlar üçün aprelin 9-da İslamabada gələcək
İran XİN başçısı ABŞ ilə danışıqlar üçün Omana yola düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər