ABŞ İranla razılaşmaya uzun mənzilli raketlərin qadağan edilməsini də daxil etmək istəyir
sizinxeber.az xəbər saytı

ABŞ İranla razılaşmaya uzun mənzilli raketlərin qadağan edilməsini də daxil etmək istəyir


ABŞ İranla bağlanan yekun razılaşmaya digər ölkələr üçün geniş təhlükə yarada biləcək raketlərin hazırlanmasına qadağa qoyulmasını da daxil etmək niyyətindədir.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.

"Biz onların xeyli sayda ballistik raketlərini və buraxılış qurğularını məhv etmişik. Lakin, yekun razılaşmanın bir hissəsi olaraq, onların dünya üçün geniş təhlükə yarada biləcək raketlər hazırlaya bilməyəcəklərini ümid edirik", - Vens əlavə edib.

Onun sözlərinə görə, ABŞ İrandan özünümüdafiə hüququndan tamamilə imtina etməsini tələb etmir. Lakin Vaşinqton Tehranın nüvə potensialını bərpa edə bilməməsini təmin etmək niyyətindədir.

ABŞ-ın vitse-prezidenti İranın nüvə proqramının məhv edildiyini və hazırda əsas məqsədin ölkənin gələcəkdə bu imkanları bərpa etməsinin qarşısını almaq olduğunu iddia edib.

Oxşar xəbərlər

Vens: Tramp İranla münaqişəni sonadək diplomatik yolla həll etməyə çalışacaq
Vens İranla danışıqlarda irəliləyiş olduğunu açıqlayıb
Tramp: İranla yekun saziş 60 gün ərzində əldə olunmasa, zərbələr bərpa ediləcək
ABŞ İrandan zənginləşdirilmiş uranının hamısını təhvil verməsini istəyir
ABŞ-ın Vitse-prezidenti: İranla saziş üzrə 60 günlük müddət bu gün başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər