FHN-də Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib.
FHN-dən Sizinxeber.az-ya verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, FHN Bakı Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsində idarə rəisinin müavini Namiq Bağırzadə, Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş leytenant Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov və Mərkəzin şəxsi heyəti iştirak edib.
Tədbirdə çıxış edənlər 15 iyun 1993-cü il ərəfəsində ölkəmizdə cərəyan etmiş hadisələr barədə ətraflı məlumat verib, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Lider 1993-cü ilin iyun ayında sonsuz məhəbbətlə sevdiyi xalqının çağırışına səs verdi və həyatını riskə ataraq ölkəmizi parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, dövlət müstəqilliyimizi qorudu və möhkəmləndirdi.
Bildirilib ki, məhz Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasi kursun davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən dövlətimiz regionun liderinə, dünya birliyinin nüfuzlu üzvünə çevrilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş olunub.
Oxşar xəbərlər
FHN-də Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
FHN-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
FHN-in Gəncə Regional Mərkəzində “Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” mövzusunda tədbir keçirilib
FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirib
FHN-in Sumqayıt Regional Mərkəzində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
