Küveyt neft sektorunda fors-major rejimini ləğv edib
sizinxeber.az xəbər saytı

Küveyt neft sektorunda fors-major rejimini ləğv edib


Küveytin Dövlət Neft Şirkəti ABŞ, İsrail və İran arasındakı hərbi münaqişə dövründə tətbiq edilmiş fors-majorun ləğv edildiyini elan edib.

"Sizinxeber.az" "Al-Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Küveytin Hökumət Kommunikasiya Mərkəzi məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, Hörmüz boğazının açılması və kommersiya gəmiçiliyinin bərpası fonunda ölkədə neft hasilatı bir həftə ərzində sutkada 2 milyon barelədək artırıla bilər.

Küveyt Neft Korporasiyası vurğulayıb ki, fors-majorun ləğvi barədə qərar regionda vəziyyətin normallaşması və enerji resurslarının tədarükü üzrə logistika marşrutlarının bərpası ilə əlaqədardır.

Oxşar xəbərlər

Küveyt neft daşımalarını dayandırdı
Liviya hökuməti bütün neft yataqlarında fors-major vəziyyət elan edib
"QatarEnergy" uzunmüddətli LNG təchizatı müqavilələri üzrə fors-major elan edib
Liviya neft hasilatı və ixracını bərpa edir
BEA: Azərbaycanda martda gündəlik neft hasilatı təxminən 470 min barel olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər