İlham Əliyev: Əminəm ki, Azərbaycan - ABŞ dostluğunun dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik
Prezident İlham Əliyev Birləşmiş Ştatların dövlət başçısı Donald Trampla Azərbaycan ilə ABŞ arasında dostluğun və etibarlı tərəfdaşlığın dərinləşdirilməsi, səmərəli əməkdaşlığın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
"Report" xəbər verir ki, Azərbaycan Prezidenti bununla bağlı fikirlərini ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə təbrik məktubunda ifadə edib.
"Yüksək səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.
Azərbaycan-ABŞ əlaqələrini bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnoloji və digər sahələrdə daha da inkişaf etdirmək və möhkəmləndirmək qarşılıqlı əzmimiz təqdirəlayiqdir.
Əminəm ki, Azərbaycan ilə ABŞ arasında dostluğun və etibarlı tərəfdaşlığın dərinləşdirilməsi, səmərəli əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik", - Azərbaycan Prezidenti qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan lideri Səudiyyə Ərəbistanının Kralını təbrik edib
İlham Əliyev Vyetnam Prezidentini təbrik edib
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
Prezident: Ərazi bütövlüyü və suverenlik məsələlərində Azərbaycanla Ukrayna qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər
İlham Əliyev Ukrayna Prezidentinə təbrik məktubu göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
BFMTV: İyunun 17-də Versal sarayında Trampın şərəfinə rəsmi qəbul veriləcək
-
Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır
