Tramp İrana qarşı yeni güclü hücumların baş verə biləcəyini açıqlayıb
sizinxeber.az xəbər saytı

Tramp İrana qarşı yeni güclü hücumların baş verə biləcəyini açıqlayıb


ABŞ ordusu tezliklə bombardman dalğasına son qoyacaq, lakin ertəsi gün daha genişmiqyaslı hücumlar baş verə bilər.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News"un jurnalisti Trey İngstoma verdiyi müsahibədə deyib.

"O (Tramp - Qeyd) mənə dedi ki, iranlılar ondan bombardmanı dayandırmasını istəyiblər. Prezident mənə bombardmanların tezliklə dayanacağını dedi. Mən ondan soruşdum ki, əgər iranlılar Amerika danışıqçıları tərəfindən təklif olunan razılaşmanı imzalamasalar nə baş verəcək. Prezident Tramp dedi: "Sabah gecə onları cəhənnəm atəşinə tutacağıq"", - deyə o əlavə edib.

Bu arada "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb ki, İran nümayəndələri ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparmayıb və ya Vaşinqtondan bombardmanı dayandırmağı xahiş etməyiblər. Qeyd olunub ki, İran ABŞ ilə təmaslar əvəzinə silahlı təcavüzə cavab vermək niyyətindədir.

Qeyd edək ki, ABŞ ordusu İrandakı hədəflərə əlavə zərbələr endirməyə başlayıb. Bunun əvəzində İran Hörmüz boğazını bütün növ gəmilər üçün bağlayıb.

Oxşar xəbərlər

Tramp: Tezliklə Putinlə görüşəcəyəm
KİV: Tramp İrana qarşı əməliyyatın bitdiyini elan edib
Tramp: Əgər iranlılar özlərini yaxşı aparsalar, aktivlərin taleyini müzakirə etməyə başlayacağıq
Tramp: Neftin qiymətləri noyabra qədər sabitləşə bilər
Tramp: Rusiya İrandakı yox, Ukraynadakı böhranın nizamlanması üzərində işləməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər