Tramp Netanyahunu “dəli” adlandırdığını təsdiqləyib, Livanla davamlı döyüşlərdən narahatlığını bildirib
sizinxeber.az xəbər saytı

Tramp Netanyahunu “dəli” adlandırdığını təsdiqləyib, Livanla davamlı döyüşlərdən narahatlığını bildirib


ABŞ Prezidenti Donald Tramp “Axios”un İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığına dair məlumatına münasibət bildirib.

Tramp “The New York Post”un “Pod Force One” proqramına müsahibəsində bazar ertəsi günü İsrailin “Hizbullah”la münaqişəsi ilə bağlı telefon danışığı zamanı Netanyahunu “dəli” adlandırdığını təsdiqləyib.

“Mən bunu demişəm. Mən həmişə əsəbiləşirəm”, - Tramp qeyd edib.

ABŞ lideri vurğulayıb ki, Netanyahu daim Livanla döyüşüb və bu, onu bir qədər narahat edib.

“Bir məqamda dedim ki, biz bunu dayandıracağıq”, - o əlavə edib.

Bununla belə Tramp əlavə edib ki, İsrail liderinə hörmət edir və Netanyahu ilə “çox yaxşı işləyir.

Oxşar xəbərlər

Tramp İsrailin Baş naziri ilə telefon danışığı aparıb
KİV: Tramp və Netanyahu bu gün telefon danışığı aparacaq
Tramp İsrail və “Hizbullah” arasında atəşkəs razılaşması əldə olunduğunu açıqlayıb
Tramp İrana zərbə endirməməsini istəsə də, Netanyahu razılaşmayıb - YENİLƏNİB
"Axios": Tramp Netanyahu ilə telefonla danışıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər