Tramp İrana zərbə endirməməsini istəsə də, Netanyahu razılaşmayıb - YENİLƏNİB
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edərək ondan İrana zərbə endirməməsini istəyib.
APA xəbər verir ki, bu barədə “Axios” yüksək vəzifəli İsrail rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, Tramp Netanyahunu İrana hücumu ləğv etməyə çağırıb.
Netanyahu isə Trampa deyib ki, o, zərbəni ləğv edə bilməz, müəyyən cavab lazımdır. İsrail Baş naziri zərbələri ləğv etməyib, lakin azaltmaq qərarına gəlib.
***
15:34
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu telefon danışığı aparır.
APA-nın məlumatına görə, bu barədə İsrail mediası məlumat yayıb.
Qeyd edək ki, bir qədər əvvəl Ağ Ev rəhbəri İsrail-İran münaqişəsində atəşkəsin hər iki tərəfdən pozulduğunu bildirib.
Oxşar xəbərlər
Tramp və Netanyahu telefon danışığı aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp və Netanyahu bu gün telefon danışığı aparacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp Netanyahuya İrana qarşı hərbi əməliyyatlara qarşı olduğunu deyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp Netanyahuya İrana qarşı hərbi əməliyyatların əleyhinə olduğunu deyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp İsrailin Baş naziri ilə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













