MİQ imtahanı üçün ödəniş məsələsinə aydınlıq gətirilib
sizinxeber.az xəbər saytı

MİQ imtahanı üçün ödəniş məsələsinə aydınlıq gətirilib


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2026-cı il tarixli 114 nömrəli Qərarına əsasən, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak rüsumu 60 manat olaraq müəyyən edilib. Qeydiyyat mərhələsində namizədlərdən ödəniş tələb olunmur.

APA xəbər verir ki, bu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda əksini tapıb.

Bildirilib ki, namizəd əvvəlcə müraciətini tamamlayır, müraciəti təsdiqləndikdən sonra ödəniş mərhələsinə yönləndirilir.

Ödəniş tamamlandıqdan sonra namizədin iştirak statusu aktivləşdirilir.

Qanunvericiliyə əsasən, müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailəsinin üzvləri, müharibə veteranı adı almış şəxslər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri müsabiqədə ödənişsiz iştirak edə bilərlər.

Bildirilib ki, namizədin ödənişdən azad olunan kateqoriyaya aid olub-olmaması aidiyyəti dövlət informasiya sistemləri üzərindən avtomatik qaydada yoxlanılacaq.

Məlumata görə, ödəniş elektron qaydada həyata keçiriləcək. Namizədlər bank kartı vasitəsilə sistem üzərindən onlayn ödəniş edə bilərlər.

Oxşar xəbərlər

Universitetlərin qəbul imtahanının 2-ci mərhələsinə qeydiyyat başlayır
130 min şəhid ailə üzvü və müharibə iştirakçısına 361 min xidmət göstərilib
Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi açıqlanıb
Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 366 min xidmət göstərilib
Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 129 min şəxsə 354 min xidmət göstərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər