Baş Prokurorluğun nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi ilə görüşüb
Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 18–19 may tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının mənzil-qərargahının yerləşdiyi Niderland Krallığının Haaqa şəhərində Assosiasiyanın Baş katibi Roel Dona və qurumun digər vəzifəli şəxsləri ilə görüşüb.
Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Roel Dona Azərbaycan ilə Assosiasiya arasında səmərəli əməkdaşlığın uğurla davam etdiyini vurğulayaraq, Azərbaycan Prokurorluğunun Assosiasiyanın fəaliyyətinə verdiyi töhfə və göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin 2024-cü ildə Bakıda keçirilmiş BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağının yüksək səviyyədə təşkil olunduğunu və digər üzv qurumlar üçün nümunə hesab edildiyini qeyd edib.
Heydər Məmmədov isə Baş prokuror Kamran Əliyevin salamlarını çatdıraraq, Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq prokurorluq orqanlarında beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.
Görüş zamanı Azərbaycan Prokurorluğu ilə Assosiasiya arasında uzun illərə söykənən əməkdaşlıq münasibətlərinin formalaşdığı diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prokurorluğu qurumun fəaliyyətinə mühüm töhfələr verib, 2002, 2018 və 2024-cü illərdə İcraiyyə Komitəsinin iclaslarına, eləcə də 2024-cü ildə BPA-nın İllik İclas və Ümumi Yığıncağına uğurla ev sahibliyi edib.
H.Məmmədov Azərbaycanın Assosiasiyaya dəstəyinin bundan sonra da davam edəcəyini vurğulayaraq, 2026-cı ilin noyabr ayında Riyad şəhərində keçiriləcək BPA-nın 31-ci İllik İclas və Ümumi Yığıncağının yüksək səviyyədə təşkilinə dəstək göstərməyə hazır olduqlarını bildirib.
Görüş çərçivəsində, həmçinin cari ilin 2–4 iyun tarixlərində Assosiasiyanın yeni təyin olunmuş Baş müşaviri Tarika Jayaratnenin rəhbərlik edəcəyi nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılıb.
Oxşar xəbərlər
Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi: Qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizə önəmlidir
Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Azərbaycana gəlib
BPA-nın Baş katibi: 400-dən çox xarici qonaq Azərbaycana səfər edəcək
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib - FOTO
Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycana gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
