KİV: Tramp gələn həftə Putinlə görüşməyi planlaşdırır
Tramp gələn həftə şəxsən Putinlə görüşməyi planlaşdırır.
Sizinxeber.az xəbər verir ki, bu barədə "New York Times" nəşri iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Ağ Ev rəhbəri ikitərəfli görüşdən sonra Vladimir Putin və Zelenskinin iştirakı ilə üçtərəfli görüş təşkil etmək niyyətindədir.
Məqalədə qeyd olunur ki, Tramp bu niyyətini çərşənbə günü Avropa liderləri ilə telefon danışığı zamanı bildirib. Gözlənilir ki, görüşdə yalnız üç lider iştirak edəcək. Avropa nümayəndələrinin iştirakı istisna edilir.
Nəşrin məlumatına əsasən Avropa liderləri Trampın sözlərini anlayışla qarşılayıblar.
Telefon danışığında Tramp və Zelenskiylə yanaşı, Böyük Britaniya Baş naziri, Almaniya kansleri, NATO Baş katibi, ABŞ vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və Trampın sülh missiyaları üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff da iştirak edib.
Oxşar xəbərlər
"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb
Kreml: Telefon danışığı zamanı Putin-Tramp görüşü ilə bağlı heç bir razılıq əldə olunmayıb
Kreml: Putinlə Tramp arasında yeni telefon danışığı olmayıb
Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutub
Zelenski və Tramp arasında telefon danışığı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













