Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət edib
Azərbaycanın Baş naziri Əli Əsədov Özbəkistana işgüzar səfəri çərçivəsində Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət edib.
"Report"un Qazaxıstan bürosunun Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, hökumət başçısına sözügedən kompleksin fəaliyyəti, burada sərgilənən ekspozisiyalar, elmi-maarifləndirici layihələr və İslam dünyasının mənəvi irsinin qorunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Qeyd edilib ki, İslam Sivilizasiyası Mərkəzi Özbəkistanın iri mədəni-elmi komplekslərindən biridir. Burada Mərkəzi Asiya ölkələrinin elm, təhsil, mədəniyyət və İslam sivilizasiyasının inkişafına verdiyi töhfəni əks etdirən materiallar təqdim olunur.
Əli Əsədov regionun görkəmli mütəfəkkirlərinə, alimlərinə və ilahiyyatçılarına həsr olunmuş ekspozisiya, eləcə də mərkəzdə tətbiq edilən müasir rəqəmsal həllərlə tanış olub.
Xatırladaq ki, Azərbaycanın Baş naziri 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistanın paytaxtında səfərdədir.
Oxşar xəbərlər
İslam Sivilizasiyası Mərkəzi və Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlıq memorandumu imzalayıblar
Anar Kərimov: ICESCO Bakıdakı ofisi vasitəsilə Mərkəzi Asiya ilə regional əməkdaşlığı inkişaf etdirir
“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimi keçirilir
Daşkənddə Teymurilər dövrü irsinin qorunması məsələləri müzakirə edilib
Daşkənddə Əmir Teymura həsr olunmuş konfransın plenar iclasının ikinci hissəsi başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
-
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
-
ABŞ Yaxın Şərqdəki qoşun sayını azalda bilər
-
Netanyahu: İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik
