Kreml: Telefon danışığı zamanı Putin-Tramp görüşü ilə bağlı heç bir razılıq əldə olunmayıb
sizinxeber.az xəbər saytı

Kreml: Telefon danışığı zamanı Putin-Tramp görüşü ilə bağlı heç bir razılıq əldə olunmayıb


Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı zamanı liderləri görüşü ilə bağlı heç bir razılıq əldə olunmayıb.

Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, dövlət başçıları arasında görüşün zəruri olması ilə bağlı ümumi anlaşma var: "Lakin bu görüş lazımi səviyyədə hazırlanmalıdır və bu cür hazırlığın mühüm nəticələri olmalıdır ki, bu nəticələr artıq ən yüksək səviyyədə qeydə alınsın. Ümumiyyətlə, sözsüz ki, Putin-Tramp telefon danışığı konstruktiv keçib. Bu zəruri söhbət idi, prezidentlər həqiqətən də bir çox vacib məsələləri müzakirə etdilər",

Peskov Putinlə Trampın danışığında sanksiyalar mövzusunun qaldırılmadığını da söyləyib.

Qeyd edək ki, Putinlə Tramp arasında telefon danışığı iyunun 4-də baş tutub. Trampın yenidən prezident seçilməsindən sonra bu, Rusiya lideri ilə dördüncü telefon danışığı olub. Kreml telefon danışığının bir saatdan çox davam etdiyini açıqlayıb.

Oxşar xəbərlər

Kreml: Putin-Tramp görüşü üçün hazırlıq gedir
Putin və Tramp arasında telefon danışığı başa çatıb
Peskov: Putinin qrafikində Trampla telefon danışığı yoxdur
Kreml Putin-Tramp telefon danışığının bəzi detallarını açıqlayıb
Peskov: Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər