MN vəfat edən kursantla bağlı məlumat yayıb
sizinxeber.az xəbər saytı

MN vəfat edən kursantla bağlı məlumat yayıb


Rusiya Federasiyasında hərbi təhsil aldığı müddət ərzində, 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunmuş kursant Quluzadə Elvin Eldəniz oğlu müalicəsini davam etdirmək üçün 19 iyul 2024-cü il tarixindən Türkiyə Respublikasının Ankara Universitetinin Tibb Fakültəsinin xəstəxanasında yerləşdirilmiş, lakin həkimlərin səyinə baxmayaraq fevralın 25-də qeyd olunan xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən kursantımızın ailəsinə, yaxınlarına başsağlığı verib.

Oxşar xəbərlər

Azərbaycan Ordusunun vəfat edən hərbi qulluqçusu dəfn edilib - FOTO - YENİLƏNİB
MN Tovuzda yol qəzasında ölənlərdən beşinin hərbçi olduğu açıqlayıb
MN Tovuzda yol qəzasında ölənlərdən beşinin hərbçi olduğunu açıqlayıb - FOTO
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
Zakir Həsənov Baş Klinik Hospitalı ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər