Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Rusiyanın Albaniyadakı səfiri izahat üçün bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Report" xəbər verir ki, bu barədə Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxha "X" sosial media hesabında məlumat paylaşıb.
Buna səbəb isə Rusiyanın ötən gecə Ukraynaya həyata keçirdiyi raket və dron hücumu nəticəsində Albaniyanın Kiyevdəki səfirinin yaşadığı binanın da hədəfə alınması olub.
"Bu dəfə Albaniyanın Ukraynadakı səfirinin yaşadığı yaşayış kompleksi vurulub və onun həyatına ciddi təhlükə yaranıb. Bu, qəbuledilməzdir!" - XİN rəhbəri vurğulayıb.
F. Xoxha həmçinin bildirib ki, Rusiya Federasiyasının Albaniyadakı səfiri izahat üçün XİN-ə çağırılıb.
"Biz Rusiyaya bu hücumları dərhal dayandırmaq, Ukraynaya qarşı müharibəyə son qoymaq, beynəlxalq hüquqa tam riayət etmək və danışıqlara qayıtmaq çağırışımızı bir daha təkrar edirik", - o qeyd edib.
Oxşar xəbərlər
Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb
İsrail səfiri Niderland XİN-ə çağırılıb
Almaniya səfiri Rusiya XİN-ə çağırılıb
Annalena Berbok: Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Albaniyanın XİN rəhbəri: Enerji sektoru Azərbaycanla tərəfdaşlığın əsas sütunlarından biri olaraq qalır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
Vuçiç mayın 24-28-də Çinə səfər edəcək
-
Mbappe ikinci dəfə "La Liqa"nın ən yaxşı bombardiri seçilib
-
Emin Mahmudov: "Elvin Cəfərquliyev hər komandaya fayda gətirəcək futbolçudur"
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
