Hərbi attaşelər "Azərkosmos"da olublar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
noy
2024
19:00

Hərbi attaşelər "Azərkosmos"da olublar

28 noy, 2024
19:00
863

Hərbi attaşelər "Azərkosmos"da olublar

Xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri Azərbaycanın Kosmik Agentliyinin (Azərkosmos) Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən səfərdə ümumilikdə 15 ölkədən 17 hərbi attaşelik aparatının nümayəndəsi iştirak edib.

Qonaqlar "Azərkosmos"un ərazisindəki infrastruktur və obyektlərlə tanış olublar. Onlara agentliyin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, gələcək inkişaf planları barədə brifinq təqdim olunub.

Sonda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Bizimlə əlaqə saxlayın