İran İsrailə zərbələri dayandırıb
İran İsrailə zərbələri dayandırdığını elan edib.
"Report" xəbər verir ki, bu barədə İranın "Fars" agentliyinə istinadən "Ynet" məlumat yayıb.
Lakin eyni zamanda Livanda eskalasiya olacağı təqdirdə yeni hücumlarla hədələyib.
"İran Silahlı Qüvvələri İsrailə qarşı hərbi əməliyyatları dayandırdığını elan edib", - bildirilib.
Bununla yanaşı, Tehranda vurğulanıb ki, əgər İsrail ordusu Livanda "Hizbullah" qruplaşmasına qarşı hərbi əməliyyatları davam etdirərsə, İran daha sərt cavab zərbəsi endirəcək.
Qeyd edək ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Tehran öz zərbəsini İsrail Müdafiə Ordusunun Livanda radikal "Hizbullah" təşkilatına qarşı davam edən əməliyyatı ilə əsaslandırıb. Buna cavab olaraq İsrail ordusu İranın mərkəzi və qərb regionlarındakı hərbi obyektlərə hücum edib. ABŞ Prezidenti Donald Tramp isə İran və İsraili təmkinli olmağa çağırıb.
Oxşar xəbərlər
SEPAH İsraildə iki aviabazaya zərbələr endirib
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
Əraqçi yeddi ölkədən olan həmkarları ilə regiondakı vəziyyəti müzakirə edib
İsrail ordusu İrana cavab verəcəklərini vəd edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fonduna xarici ölkələrdən kiberhücumlar olub
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
ABŞ hərbçiləri Ərəb dənizində tankeri yoxlayıblar
-
Tramp İranı hədələyib
-
Xəzərdə batan şəxs müstəntiq imiş
