İran Küveyt aeroportuna dron zərbəsi endirib: 1 nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İran Küveyt aeroportuna dron zərbəsi endirib: 1 nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB


İranın raket və pilotsuz uçuş aparatları ilə Küveyt Beynəlxalq Hava Limanına həyata keçirdiyi hücum nəticəsində bir nəfər ölüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyi məlumat yayıb.

***

10:19

İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində Küveyt Beynəlxalq Hava Limanına ziyan dəyib və təhlükəsizlik səbəbi ilə bütün uçuşlar dayandırılıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Küveytin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, zərbələrdən sonra Küveytin Mülki Aviasiya Baş İdarəsi hava limanında fövqəladə vəziyyət planını işə salıb.

Bildirilir ki, hücum zamanı T1 terminal binası və bir sıra hava limanı infrastrukturu ciddi zərər görüb, xəsarət alanlar var.

Təhlükəsizlik səbəbi ilə bütün uçuşlar dayandırılıb və alternativ hava limanlarına yönləndirilib.

Küveyt rəsmiləri vəziyyətin nəzarət altına alınması üçün tədbirlərin davam etdiyini bildiriblər.

Oxşar xəbərlər

Küveyt PUA və raket hücumuna məruz qalıb
Tehrandakı hava limanlarında uçuşlar dayandırılıb - YENİLƏNİB
İsrail-İran gərginliyi səbəbindən 10-dan çox beynəlxalq reys Heydər Əliyev Beynəlxalq Aeroportunu ehtiyat eniş məntəqəsi kimi seçib
BƏƏ və Küveytin hava məkanında PUA-lar aşkarlanıb
Rusiya ordusu Kiyev də daxil olmaqla, Ukraynanın müxtəlif şəhərlərinə raket və dron zərbələri endirib: 5 nəfər ölüb, 64 yaralı var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər