Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib
sizinxeber.az xəbər saytı

Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib


Qazaxıstan Respublikasında işgüzar səfərdə olan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev iyunun 18-də Astana şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, iclasdan əvvəl nümayəndə heyətlərinin rəhbərləri “Vətən Müdafiəçiləri” abidəsini ziyarət edərək abidənin önünə əklil qoyub, qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Komitənin növbəti iclasında MDB məkanında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, sülhün və təhlükəsizliyin təmin olunması, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
İclasda çıxış edən Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra Cənubi Qafqazda yaranan hərbi-siyasi vəziyyət və tarixi ədalətə əsaslanan yeni reallıq, habelə Avrasiya təhlükəsizliyi haqqında danışıb.

Oxşar xəbərlər

Azərbaycanın Baş Qərargah rəisi Brüsseldə görüşlər keçirib
Azərbaycan və Qazaxıstan Baş Qərargah rəisləri görüşüb
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
Azərbaycanın Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
Azərbaycanın Baş Qərargah rəisi Slovakiyada rəsmi səfərdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər