Azərbaycan və Qazaxıstan Baş Qərargah rəisləri görüşüb
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qazaxıstana səfəri davam edir.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, əvvəlcə general-polkovnik K.Vəliyev və Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinov Almatı şəhərində yerləşən 28 Qvardiyaçı Panfilovçu adına parkı ziyarət edib, abidə önünə əklil qoyublar.
Sonra nümayəndə heyətimiz Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərb Tarixi Muzeyinə gəlib. Nümayəndə heyətinə muzeyin tarixi və fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. General-polkovnik K.Vəliyev “Fəxri qonaqlar kitabı”nı imzalayıb.
Daha sonra Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin Sülhməramlı Əməliyyatlar Mərkəzi ziyarət edilib. Azərbaycan nümayəndə heyəti mərkəzdə yaradılan infrastruktur və təhsil prosesi ilə tanış olub. Mərkəzin yaranma tarixi, təyinatı və fəaliyyəti barədə brifinq təqdim edildikdən sonra Baş Qərargah rəisləri arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub. Tərəflər qarşılıqlı təcrübə mübadiləsinin daha intensiv şəkildə aparılması və əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Oxşar xəbərlər
Azərbaycan və Qazaxıstanın Baş Qərargah rəisləri hərbi əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstana səfər edib
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
