Azərbaycan pilotlarının yüksək peşəkarlıq sərgilədiyi “Anadolu Qartalı-2025” təlimindən - FOTOREPORTAJ
Türkiyənin Konya şəhərində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup şəxsi heyətinin iştirak etdiyi “Anadolu Qartalı - 2025” beynəlxalq taktiki-uçuş təlimi keçirilib.
"Sizinxeber.az"un Konyaya ezam olunan əməkdaşı təlim zamanı döyüş qırıcılarının uçuşlarını izləyib və fotolentə alıb.
Xatırladaq ki, ssenarinin praktiki icra mərhələsində texniki heyət aviasiya vasitələrini hazır vəziyyətə gətirdikdən və son yoxlamaları apardıqdan sonra hərbi pilotlarımız aviabazadan qrup şəklində uçuşlar həyata keçirərək, hava kəşfiyyatının aparılması, hava üstünlüyünün əldə olunması, şərti hədəflərin məhv edilməsi və digər tapşırıqları yerinə yetiriblər.
Plana uyğun olaraq, Azərbaycanın hərbi pilotları hava-hava, hava-yer təyinatlı tapşırıqların icrası ilə yanaşı, Türkiyə HHQ-sinin aviasiya heyətləri ilə birlikdə uçuşlar da həyata keçirib.
Bağlanış mərasimində Azərbaycan HHQ-sinin şəxsi heyətinin təlimi zamanı sərgilədiyi yüksək peşəkarlıq xüsusi vurğulanıb.
Qeyd edək ki, iştirakçı ölkələrin HHQ-ləri arasında qarşılıqlı əməkdaşlığı, birgə fəaliyyət qabiliyyətini və döyüş hazırlığını artırmaq məqsədilə keçirilən təlimdə Azərbaycan, ABŞ, İordaniya, Macarıstan, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və NATO-nun HHQ nümayəndələri iştirak ediblər.
Təlimdən fotoları təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycan hərbçiləri “Anadolu Qartalı - 2025” beynəlxalq təlimində iştirak ediblər - VİDEO
Azərbaycan hərbi pilotlarının qatıldığı "Anadolu Qartalı-2025” beynəlxalq təlimi başa çatıb
Türkiyə HHQ rəsmisi: "Anadolu Qartalı" təlimi həm də müxtəlif ölkələrin hava qüvvələrinin birgə fəaliyyətidir
“Anadolu Qartalı - 2025” beynəlxalq təlimində 75 hərbi təyyarə iştirak edir
HHQ-nin helikopterləri şərti hava kəşfiyyatı aparıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
