Dmitri Mariyasin: SPECA Fondu adlı maliyyələşdirmə mexanizminin yaradılması istiqamətində də ciddi addımlar atılıb
SPECA Fondu adlı maliyyələşdirmə mexanizminin yaradılması istiqamətində də ciddi addımlar atılıb.
APA xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin WUF13 çərçivəsində keçirilən “Şəhərlərin xüsusi forumu: İnklüziv və davamlı şəhər gələcəyi üçün mənzil həlləri” adlı forumda bildirib.
“SPECA sammitində altı ölkənin liderləri SPECA-nın regional əməkdaşlıq üçün mənalı və praktik platformaya çevrilməsi ilə bağlı qərar qəbul etdilər. Həmin vaxtdan bəri biz Trans-Xəzər Orta Dəhlizi üzrə əməkdaşlıqda real irəliləyiş əldə etmişik. Bu gün isə düşünürəm ki, SPECA-nın yenidən fəallaşdırılmasının üçüncü mühüm elementi həyata keçirilir. Biz SPECA çərçivəsində əvvəllər faktiki olaraq mövcud olmayan şəhər istiqamətini yaradırıq. Onun ilkin təqdimatı COP29 zamanı Bakıda baş tutdu və hesab edirəm ki, indi WUF13 çərçivəsində bu təşəbbüs tam yetişmə mərhələsinə çatır. Mərkəzi Asiya və Cənubi Qafqazda, SPECA regionunda yerləşən şəhərlər oxşar problemlərlə üzləşirlər. Sürətli urbanizasiya, mənzil sistemlərinə təzyiq, köhnəlmiş infrastruktur, iqlim riskləri, nəqliyyat sıxlığı, enerji səmərəsizliyi, hava keyfiyyəti problemləri və şəhər idarəçiliyinin modernləşdirilməsi. Bu məsələlər artıq ölkələrin dayanıqlılığı üçün əsas prioritetə çevrilib. İstər paytaxt şəhərləri, istərsə də iqtisadi fəaliyyət mərkəzləri olan digər şəhərlər SPECA regionunun gələcəyində mühüm rol oynayır. Buna görə də şəhərlər bu prosesdə aktiv iştirak etmədən SPECA regionunun gələcəyi və regional əməkdaşlıq barədə ciddi danışmaq mümkün deyil”,- o bildirib.
Oxşar xəbərlər
Almatı merinin müavini SPECA İqlim Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi imzalayıb
Səməd Bəşirli: Son on ildə Mərkəzi və Qərbi Asiyada şəhər əhalisi 35-45% artıb
SPECA Çoxtərəfli Etimad Fondunun təqdimatı olub
Niyazi Bayramov COP29-da Yaşıl Şəhər Liderlərinin dəyirmi masasında iştirak edib
Azərbaycan iqtisadiyyat nazirinin müavini SPECA-nın toplantısında Orta dəhlizdən danışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
