Cəmşid Naxçıvanski adına Hərbi Liseydə buraxılış mərasimi keçirilib
sizinxeber.az xəbər saytı

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə buraxılış mərasimi keçirilib


Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 53-cü buraxılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov və Nazirliyin digər rəhbər vəzifəli şəxsləri, həmçinin Milli Müdafiə Universitetinin və liseyin rəhbərliyi, professor-müəllim heyəti, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət Azərbaycanın Dövlət Himnini ifa edib.

Hərbi Liseyin Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək əlamətdar gün münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa edib. Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Foto: Mircavid Eminoğlu

Oxşar xəbərlər

Şəhid polkovnik-leytenant Murad Mirzəyevin xatirəsi anılıb
Əsgərlərimiz and içdi
Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib
PUA Akademiyasının buraxılış mərasimi keçirilib
ƏÜO-da "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər