× Maraqlı MÜSAHİBƏ Press-reliz Manşet Kriminal AVTO-MOTO Sağlamlıq Şou-biznes
  • ☰ BöLmələr

Azərbaycana Hindistandan gələn turistlərin sayı 11 % artıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 174 ölkəsindən 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gələnlərin 24,2 faizi Rusiya Federasiyası, 18 faizi Türkiyə, 11 faizi Hindistan, 9 faizi İran, 4,7 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi İsrail, hər birindən 1,8 faiz olmaqla Özbəkistan və Çin, 1,5 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, 1,1 faizi Küveyt, 1,0 faizi Belarus, 11,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 70,2 faizini kişilər, 29,8 faizini qadınlar təşkil etmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,8 dəfə, Tacikistandan - 2,0 dəfə, Çindən - 1,7 dəfə, İordaniyadan - 45,6 faiz, Hindistandan - 32,9 faiz, Qırğızıstandan - 32,1 faiz, İspaniyadan - 28,8 faiz, Yaponiyadan - 26,7 faiz, Pakistandan - 22,5 faiz, ABŞ-dan - 20,2 faiz, Qazaxıstandan - 17,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 16,6 faiz, Kanadadan - 15,5 faiz, Niderlanddan - 10,7 faiz, İtaliya və Misirdən - 10,0 faiz artmışdır.

2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,8 faiz artaraq 27,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,4 faiz azalaraq 117,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,2 faiz azalaraq 243,0 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 12,2 faiz artaraq 347,2 min nəfər təşkil etmişdir.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,8 faizi hava, 26,6 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

SON XƏBƏRLƏR

Siqaretin qiymətində kəskin artım: Nə baş verir?

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib

MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Azərbaycanda bəzi cərimələr sərtləşdirilir

“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA

Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib

Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır

"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır

Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib

Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib

Gömrük generalı təqaüdə göndərildi

Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi

Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"

Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib

Ümummilli lider Heydər Əliyevin anım günüdür

“Qurbanı ona görə göyə qaldırırdıq ki, yerə bərk vuraq”

Şəxs işdən hansı hallarda çıxarıla bilər? - Dəyişikliklər gözlənilir

Parlament dövlət sosial müdafiə fondunun 2026-cı il üçün büdcəsini təsdiqlədi

BÜTÜN XƏBƏRLƏR