Azərbaycana gələn avropalı turistlərin sayı 7.3% artıb
2025-ci ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın 152 ölkəsindən 172,6 min turist gəlib.
Bu barədə “Sizinxeber.az-Econmics”ə Dövlət Statistika Komitəsindən bildirilib.
Azərbaycanı ziyarət edən xarici vətəndaşların sayı artıb
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu il ölkəyə 4,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Əcnəbilərin əsas gəlmə ölkələri
Qeyd edilib ki, gələnlərin 24,0 faizi Rusiya Federasiyası, 18,3 faizi Türkiyə, 9,9 faizi Hindistan, 8,7 faizi İran, 5,0 faizi Gürcüstan, 3,6 faizi Səudiyyə Ərəbistanı, hər birindən 3,2 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, 3,1 faizi Pakistan, 2,2 faizi Küveyt, hər birindən 1,7 faiz olmaqla Türkmənistan və Özbəkistan, 1,5 faizi Çin, 1,4 faizi Ukrayna, 1,2 faizi İsrail, 1,1 faizi Oman, 10,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur.
Turistlərin cins bölgüsü
Gələnlərin 71,9 faizini kişilər, 28,1 faizini qadınlar təşkil edib.
Əcnəbilərin sayında ən yüksək artım müşahidə edilən ölkələr
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Çindən - 2,2 dəfə, Tacikistandan - 2,1 dəfə, İspaniyadan - 1,9 dəfə, Hindistandan - 1,7 dəfə, İordaniyadan - 1,7 dəfə, Misirdən - 42,9 faiz, Niderlanddan - 30,4 faiz, Qırğızıstandan - 27,2 faiz, Pakistandan - 25,6 faiz, ABŞ-dan - 23,7 faiz, Yəməndən - 21,5 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 20,4 faiz, Türkmənistandan - 16,7 faiz, Qazaxıstandan - 15,5 faiz, Fransadan - 13,9 faiz, İtaliyadan - 11,7 faiz artıb.
Regionlar üzrə ziyarətçi dinamikası
2024-cü ilin yanvar ayı ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,3 faiz artaraq 5,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5,4 faiz azalaraq 33,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,8 faiz azalaraq 58,4 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 17,3 faiz artaraq 75,9 min nəfər təşkil edib.
Nəqliyyat vasitələrindən istifadə statistikası
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,5 faizi hava, 26,4 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Oxşar xəbərlər
Bu il Azərbaycana 1.5 milyondan çox turist gəlib
Bu il Azərbaycana 2 milyona yaxın turist gəlib
Ötən il Azərbaycana turist gəlişi 26% artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
