"Neftçi"nin məşqçisi: "Bu gün hücumda və müdafiədə yaxşı oynadıq"
Bu gün hücumda və müdafiədə yaxşı oynadıq.
"Report" xəbər verir ki, bunu "Neftçi"nın məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının XIV turunda "Sərhədçi" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:
"Çox çətin oyun oldu. Sonuncu görüşdə məğlub olmuşduq. Odur ki, bu qələbə çox vacib idi. Müdafiədə yaxşı çıxış etsək və ötürmələrdə səhvə yol verməsək istənilən komandaya qalıb gələ bilərik. Bu gün elə də oldu. Rəqib komandanı 67 xalda saxladıq və 26 assistimiz var idi. Ümumiyyətlə, bu gün hücumda və müdafiədə yaxşı oynadıq. Komandamı qələbə münasibətilə təbrik edir və uğurlar arzulayıram."
Qeyd edək ki, "Neftçi" - "Sərhədçi" qarşılaşması birincilərin 82:67 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Neftçi"nin məşqçisi: "Müdafiədə və hücumda çox yaxşı performans göstərdik"
"Neftçi"nin məşqçisi: "Sübut etdik ki, hücumda və müdafiədə çox güclüyük"
"Ordu"nun baş məşqçisi: "Oyunçularım həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışladılar"
“Sərhədçi”nin basketbolçusu: "Neftçi”yə növbəti oyunda qalib gələcəyik"
Kurban Berdıyev: Həm müdafiədə, həm də hücumda zəif oynadıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











