"Neftçi"nin məşqçisi: "Müdafiədə və hücumda çox yaxşı performans göstərdik"
sizinxeber.az xəbər saytı

"Neftçi"nin məşqçisi: "Müdafiədə və hücumda çox yaxşı performans göstərdik"


Müdafiədə və hücumda çox yaxşı performans göstərdik.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının XII turunda "Sabah"a məğlubiyyətdən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis məşqlərdə daha çox çalışmalı olduqlarını bildirib:

“Sabah"la matç göstərdi ki, istənilən komandaya qarşı oynaya bilərik. Müdafiədə və hücumda çox yaxşı performans göstərdik. Ancaq bəzi səhvlərimiz oldu ki, bu da normaldı. Şansımız var idi, qalib gələ bilərdik. Ancaq alınmadı. Çox çətin qarşılaşma oldu. Ümumiyyətlə, bu, səhvlər oyunu idi və hansı komanda daha az səhv etsəydi, qalib gələcəkdi. Məşqlərdə daha çox çalışmalı və öz oyunumuzu təkmilləşdirməliyik. Komandama mübarizəyə və göstərdiyi oyuna görə təşəkkürümü bildirir, “Sabah” komandasını isə qələbə münasibətilə təbrik edirəm”.

Qeyd edək ki, Bakı İdman Sarayında baş tutan A qrupunun matçında "Sabah" "Neftçi"ni 75:65 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

"Neftçi" basketbol klubunun məşqçisi: "Var gücümlə çalışacağam ki, etimadı doğruldum"
"Ordu"nun baş məşqçisi: "Oyunçularım həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışladılar"
Kurban Berdıyev: Həm müdafiədə, həm də hücumda zəif oynadıq
"Abşeron"un baş məşqçisi: "Neftçi" ilə oyuna çox yaxşı hazırlaşmışdıq"
"Gəncə"nin baş məşqçisi: "Səfər oyunları heç vaxt asan olmur"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle