"Neftçi"nin məşqçisi: "Sübut etdik ki, hücumda və müdafiədə çox güclüyük"
sizinxeber.az xəbər saytı

"Neftçi"nin məşqçisi: "Sübut etdik ki, hücumda və müdafiədə çox güclüyük"


Sübut etdik ki, hücumda və müdafiədə çox güclüyük.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Daviti Çivçivadze basketbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Sumqayıt"la oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qələbəyə görə sevincli olduqlarını bildirib:

"Çox vacib oyun idi və yaxşı hazırlaşmışdıq. Belə çətin matçda 30 assistimiz oldu. Hər zaman bildirmişəm ki, assist çox olanda xal da çox olur. Odur ki, bugünkü oyunda 103 xal yığdıq. Bir daha sübut etdik ki, hücumda, əsasən də müdafiədə çox güclüyük və oyun ərzində bunun nəticəsini gördük".

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" görüşü "ağ-qaralar"ın 103:90 hesablı qələbəsi ilə bitib. Paytaxt təmsilçisi 1/4 finalda "Sabah"la qarşılaşacaq.

Oxşar xəbərlər

"Neftçi"nin məşqçisi: "Müdafiədə və hücumda çox yaxşı performans göstərdik"
Vadim Kuramş: "Neftçi" ilə oyun planlaşdırdığımız kimi getmədi"
"Ordu"nun baş məşqçisi: "Oyunçularım həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışladılar"
"Naxçıvan"ın baş məşqçisi: "NTD-yə qarşı həqiqətən də çox pis oyun sərgilədik"
"Abşeron"un baş məşqçisi: "Neftçi" ilə oyuna çox yaxşı hazırlaşmışdıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle