Azərbaycanın futzal millisi yanvarın 26-da toplanışa başlayacaq
Azərbaycanın futzal millisi yanvarın 26-da toplanışa başlayacaq.
Bunu “Sizinxeber.az”a açıqlamasında yığmanın baş məşqçisi Vitali Borisov deyib.
Mütəxəssis AVRO-2026-nın əsas mərhələsinin növbəti oyunları ərəfəsində heyətdə dəyişikliklər nəzərdə tutulub-tutulmadığı barədə sualı da cavablandırıb:
“Yanvarın 26-da hazırlığa başlamağı planlaşdırırıq. Hələ ki, heyətdə heç bir dəyişiklik nəzərdə tutmamışam. Çünki Azərbaycan Kubokunun oyunları olacaq. Toplanışa qədər kimin zədəli, kimin hazır olub-olmadığına baxacağıq”.
Qeyd edək ki, AVRO-2026-nın əsas mərhələsinin ilk görüşündə İsveçlə heç-heçə (3:3) edən Azərbaycan millisi qrupdakı növbəti iki oyunu yanvarın 31-də səfərdə Xorvatiyaya və fevralın 4-də Bakıda Yunanıstana qarşı keçirəcək.
Oxşar xəbərlər
AVRO-2026: Azərbaycanın futzal millisi əsas mərhələdə mübarizəyə başlayır
Azərbaycan millisinin baş məşqçisi: "Məqsədimiz AÇ-2026-nın əsas mərhələsinin oyunlarına hazırlaşmaqdır"
Azərbaycanın futzal millisinin AVRO-2026-nın əsas mərhələsindəki rəqibləri qarşılaşıb
Azərbaycanın futzal millisi 2 yoldaşlıq görüşü keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
DÇ-2026: Portuqaliya Özbəkistan qarşısında fərqi artırıb - YENİLƏNİR-2
