"Neftçi" basketbol klubunun məşqçisi: "Var gücümlə çalışacağam ki, etimadı doğruldum" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
yan
2025
13:30

"Neftçi" basketbol klubunun məşqçisi: "Var gücümlə çalışacağam ki, etimadı doğruldum"

10 yan, 2025
13:30
913

"Neftçi" basketbol klubunun məşqçisi: "Var gücümlə çalışacağam ki, etimadı doğruldum"

Var gücümlə çalışacağam ki, etimadı doğruldum.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Neftçi" basketbol klubunun məşqçisi Davit Çivçivadze Azərbaycan Basketbol Liqasının X turunda "Abşeron"a qarşı keçirdikləri oyunla bağlı danışarkən deyib.

Mütəxəssis paytaxt təmsilçisinin mətbuat xidmətinə açıqlamasında komandasının əzmkar mübarizə apardığını bildirib:

"İlk olaraq mənə göstərilən etimada görə klub rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Var gücümlə çalışacağam ki, etimadı doğruldum. Oyunçularıma əzmkar mübarizəyə görə təşəkkürümü bildirirəm. Çox gərgin oyun oldu. Hər iki komanda qarşılaşmaya qısa müddət ərzində hazırlaşmışdı. Buna baxmayaraq, çox yaxşı oynadıq, aqressivlik göstərdik. Ümid edirəm ki, növbəti qarşılaşmalarda daha yaxşı oyun nümayiş etdirəcəyik. Məşqlərdə olduğu kimi, komanda müdafiədə aqressiv, hücumda isə düzgün ötürmələr edərək yaxşı oyun göstərdi".

Qeyd edək ki, "Neftçi" X turun matçında "Abşeron"a 84:76 hesabı ilə qalib gəlib.

Bizimlə əlaqə saxlayın