"Gəncə"nin baş məşqçisi: "Səfər oyunları heç vaxt asan olmur"
Səfər oyunları heç vaxt asan olmur.
"Report" xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı "Quba"ya 95:78 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının VII turunun oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis komandasını göstərdiyi performansa görə təbrik edib:
"Rəqibimiz daha kasad rotasiya ilə oynadı. Matçın irəliləyən dəqiqələrində bunun üstünlüyünü yaşadıq. Qarşılaşmaya hər iki komanda yaxşı başladı. Meydan sahibləri hücumda dəqiq oynamağa çalışdı. Fasilədən sonra oyuna nəzarəti ələ keçirdik. Rotasiyadakı üstünlüyümüz işimizə yaradı".
H.Atlı müdafiədə də yaxşı çıxış etdiklərini vurğulayıb:
"Hücumda dəqiq oynadıq. Meydançada hamıya oynamaq şansı verdik. Bu da bizim üçün yaxşı bir şeydir. Qarşıda “Ordu” ilə görüşümüz var. Bizim üçün çox önəmlidir. Sıx təqvim proqramımız var. Ona uyğun hazırlaşıb, matça ən yaxşı formada çıxmalıyıq. İnşallah, qalib gələcəyik”.
Oxşar xəbərlər
"Gəncə"nin baş məşqçisisi: "Ordu" ilə oyun daha yaxşı işlər görə biləcəyimizi göstərdi"
"Naxçıvan"ın baş məşqçisi: "Bugünkü qələbə məni xoşbəxt etmədi"
Quba"nın basketbolçusu: "Qələbə seriyasını davam etdirməyi planlaşdırırıq"
"Şəki"nin baş məşqçisi: "Rəqibimiz basketbol həyatımda görmədiyim 3 xallıq atış faizi ilə oynadı"
"Abşeron"un baş məşqçisi: "Neftçi" ilə oyuna çox yaxşı hazırlaşmışdıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











