"Naxçıvan"ın baş məşqçisi: "Bugünkü qələbə məni xoşbəxt etmədi"
Əslində bugünkü qələbə məni xoşbəxt etmədi.
"Report"un məlumatına görə, bunu "Naxçıvan" basketbol klubunun baş məşqçisi Murat Dikmen NTD-yə qarşı Azərbaycan Basketbol Liqasının II turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis qalib gəldikləri oyun barədə danışıb:
"Əslində bugünkü qalibiyyət məni xoşbəxt etmədi. Yaxşı oynamadıq. Bu durumda qələbə qazanmaq bizim üçün çox önəmli idi. İlk olaraq NTD komandasını təbrik edirəm, yaxşı mübarizə apardılar. Həqiqətən də çox pis basketbol oynadıq. Bizə yaraşanı edə bilmədik. İstər hücumda, istərsə də müdafiədə çox səhvlərə yol verdik. Kollektivimiz yenidir və hələ yolun əvvəlindəyik. Önəmli olan səhvlərimizdən dərs çıxarmaqdır. İkinci qalibiyyətimizdir. Oyunçularımı mübarizələrindən ötrü təbrik edirəm. Bundan sonra adi səhvlər etmədən qalib gəlməliyik. Daha yaxşı oynamalıyıq. Basketbolçularıma çox güvənirəm".
Qeyd edək ki, "Naxçıvan" - NTD qarşılaşması birincilərin 72:71 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Sumqayıt"ın baş məşqçisi: "Məğlubiyyət qələbəyə doğru addımdır"
"Omoniya"nın baş məşqçisi: Nəticə bizim üçün yaxşı olmadı
Şahin Diniyev: "Çox bəsit qollar buraxdıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
