"Şəki"nin baş məşqçisi: "Rəqibimiz basketbol həyatımda görmədiyim 3 xallıq atış faizi ilə oynadı"
sizinxeber.az xəbər saytı

"Şəki"nin baş məşqçisi: "Rəqibimiz basketbol həyatımda görmədiyim 3 xallıq atış faizi ilə oynadı"


Rəqibimiz mənim basketbol həyatımda görmədiyim 3 xallıq atış faizi ilə oynadı.

"Report"un məlumatına görə, bunu "Şəki" basketbol klubunun baş məşqçisi Bedri Meriç "Ordu"ya qarşı Azərbaycan Basketbol Liqasının II turunun görüşündən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis məğlub olduqları üçün məyus olduqlarını bildirib:

"Məğlub olduğumuz üçün məyusuq. Rəqibimiz mənim basketbol həyatımda görmədiyim 3 xallıq atış faizi ilə oynadı. 75% 3 xallıq atışlar dəqiq oldu. Onlarda Rüstəm Əliyev yerli oyunçu kimi dəqiq 3 xallıq atışlar etdi. ABŞ-li legionerləri Brendon Takeri də matçın qırılma nöqtəsində əsas söz sahibi oldu. Amma biz də müdafiədə çoxlu səhvlərə yol verdik. Komandamız yeni olduğu üçün bunu məşqlərlə düzəltməyə ehtiyacımız var. Məşqləri müdafiə üzərindən quracağıq. İnşallah, "Sumqayıt"la ev oyunumuzda daha yaxşı "Şəki" görəcəyik".

Qeyd edək ki, "Ordu" - "Şəki" qarşılaşması birincilərin 104:84 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Basketbol tarixində ilk dörd xallıq atış Filippin çempionatında olub
NTD klubunun baş məşqçisi: "Qalib gəlsəydik, hər şeydən razı qalardım"
Azərbaycanın basketbol millisinin baş məşqçisi: Yaşımız az olsa da, gördüyümüz iş böyükdür
“Sabah”ın məşqçisi: “Rəqibi müdafiəmizlə məğlub etdik”
"Ordu"nun baş məşqçisi: "Mən səhvlərin üzərində çox dayanan biriyəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle