Sizinxeber.az » İdman » Futbol » Azərbaycan cüdo millisinin baş məşqçisi: "Avropa Kubokundakı nəticələr uğurludur"

Azərbaycan cüdo millisinin baş məşqçisi: "Avropa Kubokundakı nəticələr uğurludur"

Azərbaycanın gənc cüdoçulardan ibarət millisinin Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş Avropa Kubokundakı nəticələri uğurlu olub.

Bunu “Sizinxeber.az”a açıqlamasında yığmanın baş məşqçisi Rüstəm Alimli deyib.

Mütəxəssis əsas məqsədin sentyabrda keçiriləcək Avropa çempionatına hazırlıq olduğunu bildirib:

“Əsas məqsəd sentyabrda Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatına hazırlıqdır. Bu yarışa əsas heyətlə yollanmışdıq və məqsədimiz uşaqları yoxlamaq idi. Hazırda hansı durumda olmaları, səhvlər və çatışmazlıqlarla bağlı məlumatlar əldə etməyə çalışdıq. Ümumi nəticələrimiz uğurludur. 4 idmançımız qızıl medal qazandı. Komanda hesabında birinci yerə çıxdıq. Əslində, bunu gözləyirdim. Çünki idmançılarımız çox yaxşı formadadırlar”.

R.Alimli qarşıdakı planlara da toxunub:

“Bu yarışdan sonra Makedoniyanın paytaxtı Skopyedə 3 günlük təlim-məşq toplanışı olacaq. Daha sonra avqustun 11-dən 23-nə qədər Qubada hazırlıq keçəcəyik. Bu müddətdə səhvləri aradan qaldırmağa və Avropa çempionatına ən yaxşı formada yollanmağa çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Kubokunda 4 qızıl, 1 gümüş və 1 bürünc medalla 26 ölkə arasında komanda hesabında birinci olub.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !