Ukraynanın dron zərbəsi nəticəsində Rusiyadakı "Zenzevatka" stansiyasında neftin nəqli dayandırılıb
sizinxeber.az xəbər saytı

Ukraynanın dron zərbəsi nəticəsində Rusiyadakı "Zenzevatka" stansiyasında neftin nəqli dayandırılıb


Ukraynanın Müdafiə Qüvvələri Ukrayna dronlarının zərbələri nəticəsində Rusiyanın Volqoqrad vilayətindəki "Zenzevatka" neft nasos stansiyasında neft nəqlinin dayandırıldığını bəyan edib.

"Sizinxeber.az" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatlarında bildirilib.

Ukrayna tərəfinin məlumatına görə, stansiyaya zərbə iyunun 2-də endirilib.

Eyni zamanda, Rusiya Silahlı Qüvvələri üçün yüksək dəqiqlikli silahların komponentlərini istehsal edən "Proqress" zavoduna hücum edildiyi bildirilib. Zərbə nəticəsində müəssisənin ərazisində yanğın baş verib.

Bundan əlavə, Ukraynanın Müdafiə Qüvvələri işğal altında olan Krımın "Saki" aerodromundakı RBSN-4N yaxın naviqasiya radiotexniki sistemini vurub.

Ayrıca qeyd olunub ki, Ukrayna qüvvələri Rusiyanın Leninqrad vilayətinin Kronştadt limanındakı gəmilərə və infrastruktur obyektlərinə zərbələr endirib.

Oxşar xəbərlər

Rusiya Ukraynanın hərbi aerodromuna zərbə endirib
Ukrayna Rusiyadakı neft obyektlərinə hücum edib
Baş Qərargah: Primorskdakı neft terminalına və Başqırdıstandakı NEZ-ə zərbə endirilib
Rusiya MN: Ukrayna Silahlı Qüvvələrinin Çerniqovdakı təlim mərkəzi düşərgəsinə "İskəndər"lə zərbə endirilib
Baş Qərargahı: Ukrayna Müdafiə Qüvvələri Rusiya aerodromlarına zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər