DVX vergi borclarının endirimlə ödənilməsi adı altında yayılan saxta internet resursu ilə bağlı xəbərdarlıq edib
Son günlər sosial şəbəkələrdə xarici ölkələrdən birində qeydə alınmış, vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən və rəsmi dövlət qurumlarına məxsus vizual elementlərdən istifadə edən internet resursu barədə məlumatlar yayılıb.
"Sizinxeber.az-Economics" bu barədə Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.
DVX vətəndaşların diqqətinə çatdırır ki, vergi öhdəlikləri və ödənişlərlə bağlı məlumatlar yalnız rəsmi mənbələr vasitəsilə əldə edilməli, ödəniş əməliyyatları qanunvericilikdə müəyyən edilmiş rəsmi elektron xidmətlər üzərindən, banklar və ya ödəniş terminalları vasitəsilə həyata keçirilməlidir. Dövlət qurumlarının adından çıxış edən, şəxsi və ya bank kartı məlumatlarının daxil edilməsini tələb edən internet resurslarından istifadə etmək təhlükəlidir.
"Vətəndaşlardan şübhəli hallarla qarşılaşdıqda ehtiyatlı davranmaq, şəxsi məlumatlarını üçüncü tərəflərlə paylaşmamaq və yalnız rəsmi mənbələrə etibar etmək xahiş olunur. Xatırladırıq ki, Dövlət Vergi Xidməti heç bir halda internet resursları vasitəsilə vətəndaşlardan bank kartı məlumatlarını tələb etmir."- qurumdan bildirilib.
Oxşar xəbərlər
DVX: Vergi borclarının endirimlə ödənilməsini təklif edən saytlar saxtadır
Azərbaycanda daha 3 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna alınıb
FHN-in Akademiyasının saytı istifadəyə verilib
Azərbaycanda vergi borcları üzrə möhlət mexanizmi təkmilləşdirilir
Ötən il vergi borcuna görə 7 mindən çox şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
SOCAR ilə "Chevron" birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər
