Azərbaycan Avropa üzrə Beynəlxalq Tədris Mərkəzinin təşkil edilmə hüququna yiyələnib
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) Avropa üzrə Beynəlxalq Tədris Mərkəzinin təşkil edilmə hüququnun Azərbaycana verildiyini elan edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə qərar IWF-nin Bəhreynin paytaxtı Manamada təşkil olunan İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Sözügedən tədbirə Gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudov da qatılıb.
Qeyd edək ki, dünyada cəmi 5 belə mərkəz qurulacaq. Azərbaycanla yanaşı bu hüquq Asiyada Çinə, Afrikada Misirə, Amerikada Kubaya, Okeaniyada isə Avstraliyaya verilib.
BTM-də ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursları, lisenziyalaşdırma üzrə seminar və mühazirələr, həmçinin müvafiq hakimlik məşğələləri, digər texniki rəsmilər, həmçinin idmançılar üçün dərslər, kateqoriya və ixtisas təlimləri keçiləcək.
Mərkəzdəki tədrisdə Avropa və ehtiyac olacağı təqdirdə yaxın region ölkələrinin nümayəndələrinin iştirakı təmin ediləcək. Azərbaycanda BTM paytaxt Bakıdakı "ASK Arenada" yerləşəcək.
Oxşar xəbərlər
Fərid Qayıbov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidentini qəbul edib
EWF prezidentinin Bakıya səfəri zamanı beynəlxalq yarışların Azərbaycanda təşkili müzakirə olunub
AMADA Azərbaycan Ağırlıqqaldırma Federasiyası üçün seminar təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
