Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının konqresində iştirak edir
sizinxeber.az xəbər saytı

Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının konqresində iştirak edir


Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının "Məsləhət Qrupu"nun üzvü Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) Gürcüstanın Batumi şəhərində keçirilən konqresində iştirak edir.

Bu barədə "Sizinxeber.az"a AAF-dan məlumat verilib.

EWF-nin prezidenti Astrit Hasani çıxış edərək konqresin proqramını diqqətə çatdırıb və illik hesabatı təqdim edib. Audit hesabatlarının təsdiqindən sonra 2026 və 2027-ci illərdə baş tutacaq yarışlarla bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra EWF-də boş qalan vəzifə yerlərinə növbədənkənar seçkilər keçirilib.

Firdovsi Umudov konqresdə iştirakı çərçivəsində EWF-nin prezidenti Astrit Hasani, qurumun baş katibi Milan Mixayloviç, eləcə də Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti Laşa Talaxadze ilə görüşüb. Təmaslar zamanı yarışların təşkili, qaydalardakı yeniliklər və ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Fərid Qayıbov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidentini qəbul edib
Firdovsi Umudov Beynəlxalq və Avropa Ağırlıqqaldırma Federasiyalarının prezidentləri ilə görüşüb
EWF prezidentinin Bakıya səfəri zamanı beynəlxalq yarışların Azərbaycanda təşkili müzakirə olunub
Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi ilə bağlı memorandumun imzalanması müzakirə olunub
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının növbəti iclası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər