“Sabah” və Macarıstan klubu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
sizinxeber.az xəbər saytı

“Sabah” və Macarıstan klubu arasında əməkdaşlıq müqaviləsi imzalanıb


“Sabah” və Macarıstanın köklü klublarından biri olan “Honved” arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb.

"Sizinxeber.az" xəbər verir ki, tərəflər arasında razılaşdırılmış əməkdaşlıq çərçivəsində bir sıra sahələr üzrə birgə fəaliyyət planlaşdırılır.

Bunlara məşqçi heyətinin qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif yaş qrupları üzrə yoldaşlıq görüşlərinin təşkili, gənclər üçün beynəlxalq turnirlərdə qarşılıqlı iştirak, eləcə də futbolçuların mübadiləsi və inkişafına yönəlmiş proqramlar daxildir.

Eyni zamanda, hər iki klubun məşqçiləri və oyunçuları üçün təlim və seminarların keçirilməsi nəzərdə tutulur.

Əməkdaşlığın əsas məqsədi – Azərbaycan və Macarıstan futbolu arasında əlaqələri daha da inkişaf etdirmək, futbolun inkişafına töhfə vermək, peşəkar bilik və təcrübə paylaşımı ilə gənc futbolçuların yetişdirilməsinə şərait yaratmaqdır.

Oxşar xəbərlər

"Qarabağ"ın İtaliya klubu ilə münasibətləri strateji tərəfdaşlığa çevrilir
İlahiyyat İnstitutu və Ərzincan Binəli Yıldırım Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
Azərbaycanla Qazaxıstan arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında memorandum imzalanıb
Azərbaycan və Macarıstan maliyyə sektorunda əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər